Yetim cücə – Abdulla Şaiq

Yetim cücə

Ay kiçicik, soluq cücəm,
Boynu buruq, yoluq cücəm!
Açma o nazlı dimdiyin,
Başlama qəmli cikciyin.
Tək gəzinib sıxılma çox,
Qəm yemə, sus, bir az dayan
Mən olaram sənin anan.
Səni o səslə səslərəm.
Dən, su verib də bəslərəm,
Ağlama, ağlama, gözəl,
Qaç yanıma, dayanma, gəl!

1906

:: ADVERTISEMENTS ::
Share:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.