Yetim – Abdulla Şaiq

Yetim

Soyuq gecə, səs edirdi boran çox hiddət ilə,
Bayırda bir uşaq ağlardı dərd, möhnət ilə.
Əli, üzü bozarıb, səslənir o dərdli yetim:
— Soyuqdan öldüm, aman, dondu ah, bütün bədənim.
Acam, donub ölürəm, yoxdu bir nəfər insan
Yemək verib mənə rəhm eyləsin bu gündə, aman!
Yazıq yetimi bu halətdə bir qarı görcək,
Alıb onu otağa, qızdırıb da verdi yemək.
Yuyub ayaqlarını saldı tez onu yatağa,
“Nə istidir!” — sevinib, getdi o, şirin yuxuya.

1908

:: ADVERTISEMENTS ::
Share:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.