Yeni köməkçi – Abdulla Şaiq

Yeni köməkçi

Tarlaya gəldi Nəbi,
Gördü səhərdən bəri
Atası tək işləyir,
Tarlasını xışlayır.
Nəbi dedi: — Ay ata,
Gəl mənə öyrət, daha
Sən otur, mən işləyim,
Tarlamızı xışlayım.
— Çox gözəl, oğlum, görək!
Gəl öyrəş, eylə gömək.
Verdi xışı, oturdu;
Nəbi ürəklə durdu,
Xış sürməyə başladı,
Atası alqışladı.

1906

:: ADVERTISEMENTS ::
Share:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.