Yeni ay doğarkən – Abdulla Şaiq

Yeni ay doğarkən

Türk bikələri qiyafəsində alicənab bir qadın oğlu Yavuza yeni doğan Ayı göstərərək

  Qadın

Oğlum, Yavuz, o alaca bulutlardan az uzaq,
Gül yanaqlı, ağ bənizli, yeni doğan Aya bak.
Almas kiprikli gözlərin nasıl dikmiş üzünə,
Nur saçaqlı saçlarını dağıtmış üz-gözünə.
Adaqlı bir gəlin kibi süslü, sevimli, dilbər, Bak,
nə kadar yakışmış da yanında yeddi ülkər.

  Yavuz
  
Annəciyim, bən Günəşi Aydan, yeddi ülkərdən
Çox sevərim, lakin bilməm, şu ayə bən bakarkən
Neçin əski diləklərim dalğalansın gözümdə?
Neçin tatlı, uğurlu bir duyğu doğar özümdə?
Neçin bu Ay ruhuma pək uyğun, munis görünür?
İçim, tışım Günəş kibi neçin nura bürünür?
Neçin bu Ay gözündə bir dilək qadar sevimli?
O əski Ay bunca parlaq, şux baxışlı degildi,
Söylə, o Ay, annəciyim, noldu, nerə uğradı?

  Qadın

Yavrum, onu mələklər həp yıldız-yıldız doğradı,
Bak, o Ayın bölüyüdür parlaq, o yeddi ülkər,
Hər birisi bir ay qadar, Günəş qadar nur səpər,
O ülkərin hər birisi bir igidin yıldızı.

  Yavuz
  
Ya, bənimki hankisidir?

  Qadın

Pək parlaq, o qırmızı!

  Yavuz

O ülkərlər, annəciyim, bak, nə qadar ufaqdır,
İşıqları pək sönük, həm bir-birindən uzaqdır.
Bən istərim yeddi ülkər qovuşsun bir-birinə,
Üzərmizdə Günəş kibi doğsun ülkər yerinə.
Şu Günəş həp doğsun da həqq eşqinə, heç sönməsin!
Şən-şən yurtlar bir qaranlıq məzarlığa dönməsin!
Bən istərim ki, şu Günəş yıldızları dinlətsin!
Üfüqlərə çökən qara bulutları inlətsin!
Bən istərim şu Günəşə bütün yer, göy tapınsın!
Qurd-quzu həp bir otlasın, bir yatağa sığınsın!
Şu Günəşdən vulkan kibi həyat coşsun, qaynasın!
Dört yanımda həp yıldırım çaksın, şimşək oynasın!
O Günəşdir iştə bənim taleyimin ülkəri!

  Qadın

Öylə isə, anlı oğlum, o ayı, yıldızları,
Bir-birinə bitişdirib uğurlu bir Günəş yap!

1919

:: ADVERTISEMENTS ::
Share:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.