Yeni ailələrə – Abdulla Şaiq

Yeni ailələrə

Hər oğlan ki evlənir, hər qız ki gedir ərə,
Xoşbəxtlik istəyirsə, bunu alsın nəzərə:
Yaşadığı ev-eşik bir parçadır vətəndən!
Vətənini sevəmməz, öz evini sevməyən!
Çünki evdir hər kəsin doğma ana beşiyi.
Orda doğur, böyüyür, görür hər bir şənliyi.
Orda sevir, sevişir, toy edir, qurur gərdək1,
Oğlu, qızı dil açır, “ata, ana” deyərək.
Evinə hər gələndə qaçıb üstünə uşaq,
İki kiçik əliylə onu qucaqlayaraq:
“Atam gəldi” deyərkən əsil, həqiqi ata,
Ucalır bir dağ kimi, qiymət verir həyata.
Qocalığı, gəncliyi bu ev içində keçir.
Həyatın şərbətindən doya-doya hey içir.
Bir də böyük anadır bizə şanlı ölkəmiz,
Onun isti qoynunda böyüdük, bəsləndik biz.
Yaşadığım ev-eşik bir parçadır vətəndən!
Vətənini sevəmməz öz evini sevməyən!
Yanılır xoşbəxtliyi uzaqda axtaranlar.
Sadiq insanlar onu ailəsində tapar.

1 Bəy ilə gəlinin toydan sonra getdiyi yer, otaq

:: ADVERTISEMENTS ::
Share:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.