Yaz – Abdulla Şaiq

Yaz

Getdi qışın ayazı,
Parladı ilin yazı.
Əridi dağlarda qar,
Bulanıq sellər axar.
Yenə coşub Araz, Kür,
Sahilləri hey sökür.
Yaşıl geymiş dağ, dərə,
Yenə bizim ellərə
Quşlar da gəldi qonaq,
Yuva oldu hər budaq.
Bəzəndi boz yamaclar.
Qırqovullar, turaclar
Kollarda qaqqıldaşır,
Kənddə adam qaynaşır.
Yaz xoş xəbərlə gəlmiş,
Canlanır hər yanda iş.
Traktorlar səslənir,
Qoyun, quzu bəslənir.
Bir yanda sürü, çoban,
Bir yanda bağça, bostan.
Bir yanda göy tarlalar
Dəniz tək dalğalanar.
Uğur olsun, gözəl yaz!
Səni sevməmək olmaz!
Açdıqca əlvan güllər,
Fərəhlənir könüllər.
Əlində elin sazı,
Xoş gəldin, ilin yazı!

1947

:: ADVERTISEMENTS ::
Share:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.