Yandırdı məni yar bu hicran arasında. – Abdulla Şaiq

Yandırdı məni yar bu hicran arasında.

Yandırdı məni yar bu hicran arasında.
Kül etdi məni buteyi-əfğan1 arasında.

Divanə dedi hər görən eşqində cigərxun,
Bədnam elədi firqeyi-nadan arasında.

Saldı məni qəmdən qəmə, bir etmədi dərman,
Qoydu məni bu dərd ilə dərman arasında.

Bir tazə günəş doğdu iki dağ ətəyindən,
Zənn etdi görən sinəni püstan arasında.

Qeys oldu əgərçi qəmi-Leyli ilə Məcnun,
O qalmamış əsla belə niyran2 arasında.

Seyd etməyə3 bu Şaiqi-dilxəstəni ol yar,
Düzmüş üzə xal zülfi-pərişan arasında.

1 Ah-nalənin
2 Cəhənnəm; od
3 Ovlamağa

:: ADVERTISEMENTS ::
Share:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.