Yad et! – Abdulla Şaiq

Yad et!

Vəqta ki gülər bahari-amal,
Hər yerdə yaşıllanır çəmənlər.
Vəqta ki, olar müsaid iqbal
Bülbüllər ötər, susar zəğənlər1,
Parlaq bir işıq alar fəzanı,
Dünyanın üzü dönər cinanə2,
Gəzdikcə o aləmi-ziyanı,
Baxdıqca o gülşəni-cəhanə,
Yad et, məni — şairanə yad et!
Vəqta ki gələr sevimli ati,
Bir dairəyə girər həqayiq.
Nuru bürüyər bütün cihati3,
Ulduzlar ilə yanar məşariq4.
Vəqta ki bulud, duman görünməz,
Qalmaz daha zülmdən nişanə,
Yerlərdə bəşər üzü sürünməz,
Qurd-quş sığınar bir aşiyanə,
Yad et məni — Şaiqanə yad et!
Atəşli, münir5 əməllərimlə,
Bir gün düşərəm soyuq məzarə.
Əşari-təranəpərvərimlə
Bir gün susaram dönüb qubarə6.
Vəqta ki bu şairi-vətəndən
Dünyada nə iz qalar, nə bir nam,
Üzdükcə səadət içrə şən-şən.
Sürdükcə dəmadəm ömrü-xoşkam,
Yad et məni — qaibanə yad et!

1908

1 Qara qarğalar
2 Cənnətlərə
3 Tərəfləri
4 Şərqlər
5 Parlaq
6 Toza

:: ADVERTISEMENTS ::
Share:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.