Vardır başımda şurişü qovğası dilbərin – Abdulla Şaiq

Vardır başımda şurişü qovğası dilbərin

Vardır başımda şurişü qovğası dilbərin,
Çıxmaz yadımdan ol qədi-rənası1 dilbərin.

Bənd-bənd kəsərsə cismimi, uf söyləməz dilim,
Rəncidə olmasın dili-xarası2 dilbərin.

Zahid, nəsihət etmə mənə sən əbəs yerə,
Çıxmaz başımdan eşq ilə sevdası dilbərin.

Can alsa da nə bak3, o məxmur4 gözləri,
Var zində etməyə dəmi-İsası5 dilbərin.

Sanma ki, tifldir, nə bilir rəsmi-eşqü-naz,
Hər elmü fəndə var yədi-beyzası6 dilbərin.

Can nəqdini əlində tutub Şaiqi-həzin,
Qurban edər əgər ola iması7 dilbərin.

1 Gözəl boyu
2 Bərk ürəyi
3 Qorxu
4 Xumar, məst
5 İsa nəfəsi
6 Ağ əli; Əfsanəyə görə Musanın möcüzə göstərdiyi ağ əli
7 İşarəsi

:: ADVERTISEMENTS ::
Share:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.