Əsir doğuldum, əsir getdim, ah, gənc ikən.
Vərəm ciyərlərimi dəldi, ömrümü biçdi.
Bahar içində həyatım bulud kimi keçdi.
Bütün ümidimi qırdı o ruzgari-mihən1.
Gömüldü, soldu içimdə şükufeyi-əməlim2,
Mənə təsəlli üçün şimdi sən yetiş, əcəlim!
Vətən, vətən! Mənə oldun məzari-yəs, nədən?
Soyuq damarlarımı ah, isitmədi günəşin.
Əməl çiçəklərimi heç bitir mədi yağışın.
Dodaqlarımdakı al-qırmızı nədir görünən?
Yaralı qəlbimin, ey ah, əksi-möhnətidir.
Və ya ki, ömrümün amali-daği-həsrətidir.
Çiçəklənib dodağımda əməllərim, heyhat!
Baxın, baxın nəqədər pürməlal3, pürşivən4.
Mənə yetişdi şu solğun çiçək bir ümmətdən5.
İyirmi beş sənəlik bir həyat üçün sovqat.
Onu təpiklədi mazi6, məzara gömdü bu hal.
Fəqət nasıl baxacaqdırsa bi məm istiqbal?
1909
1 Vətən ruzigarı
2 Əməl çiçəyim
3 Kədər dolu
4 Fəryad dolu
5 Xalqdan
6 Keçmiş