Üsyan et – Abdulla Şaiq

Üsyan et

Ey sönük, çürümüş dünya, parçalan!
 Qusduğun: əsarət, zəncir, ölüm, qan!

Siyasət yürüdən qaplanlarınla,
Qaplandan yırtıcı insanlarınla,
Zülüm heykəlləri sultanlarınla,
O qanlı tarixin, dövranlarınla —

 Ey sönük, əskimiş dünya, parçalan!
 Qusduğun: əsarət, zəncir, ölüm, qan!

Yerlərdə sürünsün o iyrənc üzün!
Vulkanla partlasın o bayquş gözün!
Nə kölgən, xəyalın qalsın, nə özün!
Tarixdən büsbütün silinsin izin!

 Ey sönük, çürümüş dünya, parçalan!
 Qusduğun: əsarət, zəncir, ölüm, qan!

 Yıxıl ki, insanlıq sevinsin, gülsün!
 Gözümüz bəxtiyar bir dünya görsün!
 Azadlıq hər yerdə hökmünü sürsün!
 Başına bir zəfər çələngi hörsün!

Ey sönük, çürümüş dünya, parçalan!
Qusduğun: əsarət, zəncir, ölüm, qan!

1921

:: ADVERTISEMENTS ::
Share:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.