Uşaqlar – Abdulla Şaiq

Uşaqlar

Yığışmış idi çocuqlar, edirdilər bayram,
Geyib gözəlcə, al-əlvan bəzənmiş idi tamam.

 Deyib gülüb, danışırlardı şövqlə xürrəm,
 Biri-birinə baxırdı fəxrilə hər dəm.

Ayaq yalın, baş açıq, bir yetim möhnət ilə,
Durub kənarda, ancaq baxırdı həsrət ilə.

 Soluq-soluq o zavallı yetim çəkir idi ah,
 Çocuqlar iştə bu məqsumu gördülər nagah,

Yanaşdılar, onun əhvalına yanıb hamısı.
Səməd görür ki, yol ilə keçir onun babası,

 Qaçıb dedi: — Babacan! Bu yetimə gəl bir bax,
 Geyinmişik biz al-əlvan, o binəva çılpaq.

Gedib baba, şu yetimə libas alıb dərhal;
Geyib, zavallı qarışdı çocuqlara xoşhal.

:: ADVERTISEMENTS ::
Share:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.