Unudulmuş parçalar – Abdulla Şaiq

Unudulmuş parçalar

Bağrımı qan eyləmiş ay üzlü bir gül yanaq,
Mən ölməsəm, vüsalı nəsibim olmayacaq.
Bəlkə dodaq-dodağa öpüşəydim onunla,
Kuzəgər torpağımdan yapsaydı tazə bardaq.

 * * *
Mən hər zaman dənizlərin daşğın, coşqun sularında,
Öyrənirəm çarpışmağı yeni həyat yollarında.
Göstərdiyim hünər, qüvvət azmı şeydir? Sanma qolay,
İnan, qorxmam, dünya mənə qarşı çıxsa alay-alay.
  Bilirəm ki, iradəm var,
  Əzmim hər qüvvəti yıxar!
Mən əsəbi dalğayam ki, yüksəlirəm bir dağ kimi,
Ən sarsılmaz qüvvətləri oynadıram yarpaq kimi.
Dalğalardan bac alıram, əzmim mənə baş əyəndə,
Martı kimi yüksəlirəm fırtınalar göbəyində.

1919

:: ADVERTISEMENTS ::
Share:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.