Ülkər – Abdulla Şaiq

Ülkər

Sorucu gözündə sevda uçarkən,
Ey xoş kölgəsində səfalandığım.
O qönçə dodağın bir sirr açarkən,
Uçan nəğməsilə havalandığım.

Yolçu yol ararkən düşər izinə,
Qurtular baş qoyan sıcaq1 dizinə,
Mən çoxdan vurğunam o şux gözünə,
Ey oynaq nurilə ziyalandığım.

Ruhumda çırpınan dəli üsyan var,
Qəlbimdə qaynayan zəhərli qan var,
Beynimdə bir çılğın səsli vulkan var.
Yanaram, görünməz oda yandığım.

Sənədir ümidim, ey parlaq ülkər,
Mən də bir yolçuyam itkin, dərbədər.
Qurtuluş yolunu mənə də göstər,
Mələkdən, fələkdən uca sandığım.

1919

1 İsti

:: ADVERTISEMENTS ::
Share:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.