Tülkü və qurd – Abdulla Şaiq

Tülkü və qurd

Oldu bir yolda tülkü qurda düçar,
Hara? — sordu, — gedirsən, ey sərdar?
Dedi qurd:— Ey iki gözüm, ciyərim,
Gedirəm hər yerə düşə güzərim.
Zülmdən qurtarıb olam rahət,
Yaxdı, yandırdı canımı zillət.
Hər zaman ki, məni görür insan,
Öldürür, rəhm etməyir bir an.
Dedi tülkü: — De bir mənə işini,
Aparırsanmı o tamah dişini?
— Harda olsam gərək olur bu dişim.
Söylə, dişsiz mənim aşarmı işim?
Dedi tülkü: — Əbəsdir, bu söhbət,
Ey gözüm, çəkmə boş yerə zəhmət.
Nə qədər ki, səninlədir bu dişin,
Keçəcək hər məkanda böylə işin.

1908

:: ADVERTISEMENTS ::
Share:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.