Tülkü və dəvə – Abdulla Şaiq

Tülkü və dəvə

Bir tülkü gedənlər hinə girib kəndin toyuq-xoruzunu yeyirdi.
Kənd əhli bu tülkünün əlindən təngə gəlmişdi. Nə qədər çalışırdılar, onu tuta bilmirdilər.
 Bir gün həmin kəndin dəvələrindən biri otlaya-otlaya kənddən uzaqlaşır. Doyduqdan sonra dincəlmək üçün bir baş tülkünün yuvasının ağzında uzanır. Özü bilmədən elə uzanır ki, quyruğu yuvanın ağzına düşür. Tülkü dəvəni görüb çox şad olur, öz-özünə düşünür: “Bu ovu mənə baxtım gətirib, quyruğundan tutub bu dəvəni yuvama çəkərəm, sonra da düz bir ay ləzzət ilə yeyərəm”.
 Bu fikir ilə tülkü dəvənin quyruğunu öz quyruğuna möhkəm bağladı. Sonra bütün qüvvəti ilə dəvəni yuvaya çəkməyə başladı. Dəvə quyruğunda bir şeyin tərpəndiyini görüb ayağa qalxdı. Tülkü onun quyruğundan sallana qaldı, qorxusundan dəvəni dişləməyə, cırmaqlamağa başladı. Dəvə bayaq götürüldü, qaça-qaça birbaş kəndə gəldi. Kənd əhli və itlər tülkünü dəvənin quyruğunda görüb onu tutdular.

:: ADVERTISEMENTS ::
Share:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.