Son bahar – Abdulla Şaiq

Son bahar

Noldu rəngin çiçəklərin açman!
Güllərindən dəmət yapdım bən,
Niyə solğun bakarsın ah! Öylə…
Soldumu həp çiçəklərin? Söylə!..
Susdu bülbüllərin? Orman!
Pozdumu afaqını şu xəzan?
Niyə solğun durur şu şəğərən?
Həp qapanmış dumanla kəhsarən.
Şu xəzandanmı oldunuz bərbad?
Səbr edin, ah! Etməyin fəryad.
Ağlamazsa bulut, gülərmi çəmən?
Ağlamazsa çocuq bulurmu ləbən?
Həp mətanətlə bir zaman dayanıb
İnanın siz də bən kibi inanın.
Məhv olur qar, boran, günəş də doğar
Yetişir qırmızı sevimli bahar.
Ah, bən son baharı pək sevərəm,
Sevərəm son baharı, pək sevərəm.

1910

:: ADVERTISEMENTS ::
Share:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.