Şikayətlərim – Abdulla Şaiq

Şikayətlərim

Yenə hər yanda hökm edir zülmət!
Yenə söndü o nazənin ülkər!
Gecə-gündüz tapındığım dilbər,
Yenə qaldıq vüsalına həsrət.

Yenə dilsiz sükut içində bütün
Qaralır nur saçan düşüncələrim.
Ürəyimdə sönür o qüvvələrim,
Yenə hər şey qara, cahan küskün.

Yenicə uçmağa qanadlandım,
Onu zülm ilə qırdı bir səyyad.
Sızlaram, indi eylərəm fəryad!
Nə qədər sadə idim, aldandım!

Bu qaranlıqları sevən bayquş,
Ruhumu pəncəsiylə cırmaqlar,
Ürəyim həsrət atəşində yanar,
Dözə bilməz belə həyatə vühuş1.

Sözümü dinlə, dinlə, ey qəhhar2!
Bu qışı ya gözəl bahar eylə,
Ya məni gözsüz eylə, kar eylə,
Ya ki azadə bir diyara çıxar!

1908

1 Vəhşilər
2 Qüdrətli

:: ADVERTISEMENTS ::
Share:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.