Sevgi hakim olmalı – Abdulla Şaiq

Sevgi hakim olmalı

Harda azad bir ölkə var — o yerləri şənlədən
Sevgi, məhəbbətdir ancaq, şer ilə həm şairdir.
Haqsızlığı hakim edən ədalətsiz qüvvətdir.
İnsanlığı odur hər an öksüz kimi inlədən.

Zor, güc hakim olan yerdə çiçəklənməz məhəbbət!
Ürək bir nur ocağıdır — qaranlıqdan xoşlanmaz.
Ruh ki həyat çırağıdır — sönər, o yerdə yanmaz.
Zülmətlə nur bir araya girməz, bu bir həqiqət!

İnsanlığa qüvvət deyil, qoy sevgi hakim olsun!
Qara qüvvət bir şam kimi əriyərək qoy sönsün!
Lüğətlərdən zülmün adı gərək silinsin bütün!
İnsanlığın qəlbi, ruhu sevgilər ilə dolsun!

1921

:: ADVERTISEMENTS ::
Share:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.