Saqi, ayağa dur, gətir badə ki, yaz vaxtıdır – Abdulla Şaiq

Saqi, ayağa dur, gətir badə ki, yaz vaxtıdır

Saqi, ayağa dur, gətir badə ki, yaz vaxtıdır,
Mürği-könül, nəvayə gəl, suzü1 güdaz2 vaxtıdır.

Gülşəni-ol nigara get, ləlü ləbü üzarə3 bax,
Nərgisi-çeşminin, könül, gör necə saz vaxtıdır.

Zülfi-xəmində4 əyləşib şərh elə hali-zarimi,
Rəhm edə bəlkə dilbərim bəndənəvaz5 vaxtıdır.

Ağla, könül, fəraqidə, fürsəti fövtə vermə sən,
Çünki bu gənc ömrümün durü6 diraz7 vaxtıdır.

Məndə bu əşki-zari gör, yardə əbri-rəhməti8,
Cuşü xüruşə gəl, könül, razü niyaz9 vaxtıdır.

Qaşına qiblədir deyə, səf çəkib ol müjən yenə,
Söylə o qanlı gözlərə bu nə namaz vaxtıdır.

Nitqü bəyan açıb yenə tutiyi-təbi ənvərim,
Ərseyi-şeridə çapır atını az vaxtıdır.

Hicri-qəmilə, ey gözəl, Şaiqi xəstə qılmısan,
Gəl, o gözün fədası mən, indi nə naz vaxtıdır.

1 Yanma
2 Ərimə, məhv olma
3 Yanaq, üz
4 Qıvrım telində
5 Quluna, əsirinə yaxşı baxan
6 Uzaq
7 Uzun
8 Yağış buludu
9 Razılıq

:: ADVERTISEMENTS ::
Share:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.