Samur kanalı – Abdulla Şaiq

Samur kanalı

Samur çayı, yadındamı,
Şırıldayıb axardın sən?
Yazda coşub-daşan zaman,
Sahilləri yıxardın sən?

Olmuşdun bir qızmış aslan,
Kükrəyirdir hər bir yana.
Verirdin tarlaya ziyan,
El gəlmişdi səndən cana.

Axır qurub-yaradanlar
Əlinə bel, külüng aldı,
Ayağına vurdu çidar,
Başına bir kəmənd saldı.

Qoymadılar özbaşına,
İndi sən gəl baş əy bizə.
Boz çölləri al qoynuna,
Yaşıllıq ver ölkəmizə!

1940

1 Kölgələr
2 Məna

:: ADVERTISEMENTS ::
Share:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.