Səndən də xoşdur – Abdulla Şaiq

Səndən də xoşdur

Bəzəkli gəlindir yenə hər ağac,
Dərələr, çəmənlər geymiş al-əlvan.
Yaşıla bürünmüş çöl, çayır, yamac.
Bir şənlik məclisi qurmuş hər orman.

Min rəngə boyanmış hər budaq, hər gül,
Həyata vermədə yaraşıq, zinət,
Hər yana baxdıqca açılır könul,
İnsana can verir gözəl təbiət.

Gözəldir baharın ilıq nəfəsi,
Gözəldir göllərin qazı, ördəyi.
Gözəldir bülbülün şaqraq nəğməsi,
Gözəldir dağların əlvan çiçəyi.

Ey bahar, bağından dərmişəm salxım,
Hər meyvən dadlıdır, şirin, meyxoşdur,
Ancaq bu şən ölkəm, bu azad xalqım,
Səndən də şirindir, səndən də xoşdur!

1947

:: ADVERTISEMENTS ::
Share:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.