Sənət nəğməsi – Abdulla Şaiq

Sənət nəğməsi

Əl işi məktəbində çalışan qızlara

Əl işi çox gözəl, incə sənətdir,
Çalış, iynəm, çalış, yarat, gözəl tik!
Bu sənətdə işlənilən incəlik
Yalnız qadınlara məxsus nemətdir.

Bir qumaşa əlvan rəngli və saysız
İpəklərlə gözəl şəkil işləmək,
Quş, kəpənək, meşə, ceyran, qız, çiçək
Yaratmaq da bizim, bizim payımız.

Çalış, iynəm, çalış, yarat, gözəl tik!
Hər ailə, hər ev qoy başdan-başa
Bürünsün bu gözəl, incə qumaşa.
Göstər nədir sənət, nədir gözəllik.

1926

:: ADVERTISEMENTS ::
Share:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.