Şəklində – Abdulla Şaiq

Şəklində

Sevimli tələbəm Tağı Şahbaziyə.

Sevimli bir diləyim var, xəyal şəklində,
Yeni bəhər verəcək bir nihal1 şəklində

Məni üzər gecə-gündüz o müdhiş ayrılığı,
Yeyər bu qəlbimi dərdü məlal şəklində.

Fəraqə dözməyirəm, hardasan? Görün! — derkən,
Önümdə cilvələnir bir sual şəklində.

Zaman-zaman dəyişir rəngini, lətafətini,
Qürubə qarşı o gülgün şimal şəklində.

Şəfqət kimi yanaşır, əl uzatmaq istərkən,
Uzaqlaşır o vüsalı məhal şəklində.

Gözümdən indi yenə, kim onu qovur buradan?
Süründüm izləyərək bir zilal1 şəklində.

Odur göründü yenə sevgili gözəllərtək,
Bəzər xəyalımı coşqun məal2 şəklində.

Gülümsəyir üzümə, bax, vüsal üçün yanaşır,
Açıb iki qolunu bir hilal şəklində.

1940

1 Cavan ağac

:: ADVERTISEMENTS ::
Share:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.