Rübailər – Abdulla Şaiq

Rübailər

Bu kuzənin torpağı alınmış el bağından,
Bəlkə də o yapılmış gözəllər torpağından.
Bu torpaqlar altında yaqut dodaqlar yatır,
O nəfəsi duyuram kuzənin dodağından.

Dünyada bəxtiyardır əkdiyini biçənlər,
Bu həyat səhnəsindən vicdan ilə köçənlər.
Biz hər zaman içərkən — keçmişi yad eylədik,
Bizi də yad eyləsin bizdən sonra içənlər.

1946

:: ADVERTISEMENTS ::
Share:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.