Qurbanın olum, aşiqinə eylə inayət,
Göstər bu diləfsürdənə1 bir azca himayət.
O zülfü rüxundan elə bir ləhzə kənarə,
Bu ölkəni qıl Kəbeyi-rüxsarə hidayət.
O zülfü rüxundan elə bir ləhzə kənarə,
Bu ölkəni qıl Kəbeyi-rüxsarə hidayət.
Oynat o qara qaş-gözü naz ilə, nigarım,
Göstər bu cahan əhlinə möcüzlə kəramət.
Aç nitqi-şəkərbarını tuti kimi, ey yar,
Saç ləlü ləbinlə dürü gövhər və həlavət2.
Hey qibtə edir ruyinə gülşəndə çiçəklər,
Çünki hanı onlarda belə incə lətafət.
Çaylar, meşələr cümlə mürəkkəb, qələm olsa,
Bu hüsnünü haşa edə bilsin o hekayət.
Can nəqdini Şaiq sənə vermişdi əmanət,
Qurbanın olum, aşiqinə etmə xəyanət.
1 Ürəyi üzülmüşünə; ümidsiz bəndənə
2 Şirinlik