Qonaqlıq – Abdulla Şaiq

Qonaqlıq

Vəli yazıb dərsini, uzanmış idi yerə,
Köpək səsi eşitdi bayırda birdən-birə.
Tez qapıya yüyürdü, qaçdı sevincək: — Ana!
Həsən dayımdır gələn, Minadostum və Sona.
Girdi qonaqlar, hamı sevindi bu gəlişdən,
Qucaqlayıb bir-birin, görüşərək oldu şən.
Bir otağa aldılar qonaqları şövq ilə,
Orta ocağı çatıb, əyləşdilər zövq ilə.
Dəmir qara ocaq da çırta-çırtnan yanırdı,
Qığılcımı, şöləsi bacaya dırmanırdı.
Ballı xala tez gedib gətirdi boşqabda bal,
Ortalığa qoydular qatıq, çörək, yağ, irçal.
Yeyib-içib həvəslə, alqışlayıb külfəti,
Halqa vurub, yenidən başladılar söhbəti.
Öz işlərindən deyib, danışdılar keçəndən,
Gah arpadan, buğdadan, gah heyvandan, biçindən.
Keçdi yarıdan gecə, sükut içində hər yan,
Şiddət ilə qar yağır, səs edir ancaq boran.

1908

:: ADVERTISEMENTS ::
Share:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.