Qışın nəğməsi – Abdulla Şaiq

Qışın nəğməsi

Saqqalı ağ, saçı ağ,
Əlində zorba çomaq
Gəldi qocalmış baba
Şaxta baba, qış baba.
Gurladı boğnuq səsi,
Uğuldadı nəğməsi:
“ — Ay uşaqlar, mən qışam,
Burda mənzil salmışam.
Mən gələndə yağar qar,
Onu sevər uşaqlar.
Qardan adam yaparaq,
Oynarlar qar-topalaq.
Soyuq qış axşamında
İsti ocaq başında
Nağıl deyir nənələr,
Qulaq asır nəvələr”.
Çöldə ayaz, boran, qar,
Qışın da bir zövqü var…

1946

:: ADVERTISEMENTS ::
Share:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.