Qış – Abdulla Şaiq

Qış

Parça-parça düşərək quşbaşı, göydən yerə qar,
Sarılır ağ mitilə boz dərə, çöllər, dağlar.
Bürüyür ortalığı tül kimi bir incə duman,
Qarı birdən sovurur göylərə müdhiş burağan.
Toplayır bir yerə gah qarları bir dağ kimi,
Gah qazır, gah qaşıyır damları dəbbağ kimi…
Don tutur çayları, bağ, ormanı qəm-qüssə alır,
Qarğalar qarıldaşır, sanki qışa layla çalır.
Qocalır sanki təbiət, ağarır saç-saqqalı,
Döşəmiş altına əngin, ağ ipək, zərli xalı.
İnləyir qarların altında dərə, çöl, torpaq,
Bağda, ormanda ağaclar görünür çıl-çılpaq.
Dayanın qar-borana, fırtınaya, bir gün olar,
Qış bitər, yaz yetişər, qəmli buludlar da uçar.

1910

:: ADVERTISEMENTS ::
Share:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.