Qəsəm ol zülfünə ki, əldə bu can olsa idi – Abdulla Şaiq

Qəsəm ol zülfünə ki, əldə bu can olsa idi

Qəsəm1 ol zülfünə ki, əldə bu can olsa idi,
Ya ki bu qanə dönən qəlb nihan olsa idi.

Salar idim ayağın altına, ey sərvi-səhi2,
Sənə qurban edərəm min belə can olsa idi.

Muma döndərmiş idim dilbərin ol xarə dilin3,
Naləmi dan yeli dildara rəsan olsa idi.

Yandı dil eşq oduna yoxsa edərdim bərbad
Çeşmidən xuni-dilim bunca rəvan olsa idi.

Guşeyi-çeşmlə ey sərvi-səhi baxmaz idim,
Hurü qılman ilə dolmuş bu cahan olsa idi.

Şaiqa, çoxdan o dildarı gətirmişdin ələ,
Naz oxundan sənə bir ləhzə aman olsa idi.

1 And
2 Uca sərv
3 Bərk daş

:: ADVERTISEMENTS ::
Share:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.