Payız – Abdulla Şaiq

Payız

Payız olur, əsir soyuq küləklər,
Solur dağda, çöldə əlvan çiçəklər.
Gecələr uzanır, günlər qısalır,
Göy üzünü qara buludlar alır.
Yağış yağır, duman çökür çöllərə,
İnildəyir çayır, çəmən, dağ, dərə.
Ağaclarda nə meyvə var, nə yarpaq,
Bağ-bağçalar olmuş bütün çıl-çılpaq.
Quşlar uçub dəstə-dəstə gedirlər, İsti
yerə köçüb, qışlaq edirlər.

1907

:: ADVERTISEMENTS ::
Share:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.