Parçalar – Abdulla Şaiq

Parçalar

Bərqi-əşarım saçar ətrafə atəşparələr.
Şölələnmiş atəşi-şerimlə səngi-xarələr1.
Od tutub sızlar bütün dağ, daş, dərə, səyyarələr,
Bəs neçin bu daşürək cahillərə etməz əsər?

İnanın, dostlarım, mənə inanın!
Bir zaman məhv olar bu istibdad!
Qalar ancaq bu zülmdən bir ad!
Utanın, indi zülmdən utanın!

Sanma bu dərdü qüssəmin səbəbi
Olmamaqdır bu dünya kamımca,
Qəlbimi yandıran budur ancaq:
Vətəni görmədim məramımca.

1908

1 Çaxmaq daşları

:: ADVERTISEMENTS ::
Share:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.