Noheyi-iştika – Abdulla Şaiq

Noheyi-iştika

Bəxtiyar bir çocuq kimi şən-şən,
Daha dün söyləyib-gülərdin sən.
Susdun eyvah, nerdəsən şimdi?
Səni yoxluq uyutdumu əbədi?
Məskənin oldu, ah, dar məqbər,
Qoydun həsrətlə Şaiqi müğbərr1.
Qaldı bomboş o sevdiyin yuvamız,
Sən pərilərlə göydə, mən yalnız.
Nə çapıq soldun, ey bahar çiçəyi,
Sənə qıydı nasıl əcəl mələyi?
Ah, öldünmü, yox, yox, ölməmisən!
Bəzənib ağ libasla yavrum, sən
Getmisən hurilər ziyafətinə…
Görəsən, ah, qaydacaqmı yenə?

1912

1 Qubarlı, kədərli

:: ADVERTISEMENTS ::
Share:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.