Neçin böylə gecikdin – Abdulla Şaiq

Neçin böylə gecikdin

İntizar qarşısında

Sənsiz qəlbim qırıq, sönük, çeynənmiş, xırpalanmış,
Ömür şüşəm daşa dəymiş, həyatım parçalanmış.
Qırıq bir saz kimi sızlar qanlı, yorğun telləri,
Yakılar da, yakar bütün qayğı vurmuş elləri.
Şu vətənin öksüzləri, gəlinləri, dulları,
Göz yaşıyla sulanmış həp keçdiyiniz yolları.
Yolunuzu bəkləməkdən bənizləri saralmış,
Heç gəlmədin. O şən, gülər ürəkləri qəm almış.
Sən gəlməsən, dolumsanmış ürəklər heç şad olmaz,
Sən gəlməsən, xərabaya dönən qəlb abad olmaz.
Sən gəlməsən, günəş doğmaz, ümid gülüm açılmaz,
Dodaqlarım gülməz, sönük baxtıma nur saçılmaz.
Başqasını istəməm də, ey türk, çabuq sən gəl, sən,
Bəkləməkdən yoruldum, eh, iştə gec qaldın, nədən?
Yollarına daşmı qalanmış? Ya azğın quldurlar
Burakmıyor? Daş, dəmir, ya polad olsa da onlar,
Ürəyində şölənənən mətin, qızğın atəşlə
Yak onları, ərit, söndür, çeynə, boğ, əz, xırpala!
Xain, alçaq düşmənlərə yol gücünü həp göstər,
Aç yolları, çabuk gəl ki, qəlbim səni pək istər.

1918

:: ADVERTISEMENTS ::
Share:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.