Nəcəfbəy Vəzirov həzrətlərinə – Abdulla Şaiq

Nəcəfbəy Vəzirov həzrətlərinə

Sən ey bu yomi-ali1 qəhrəmanı, ey işıq ulduz!
Təşəkkür etməyə səndən mənim qəlbim, dilim aciz.
Vətənciymin sən ey fəxri, sevimli, şanlı övladı,
Çalışqan qəhrəmansan sən, deyilsən bir nəfər adi.
Tamam qırx il çalışmaq, cəhlilə həmvarə dartışmaq,

Qaranlıqlarla, nifrətlərlə, bayquşlarla çarpışmaq,
Asan bir şeymi? İnsan qüvvətindən pək uzaq qüvvət,
Olurmu hər kəsə bu bəxtiyarlıq hər zaman qismət?
Nəcib bir millətin ruhinə min zəhmətlə yol buldun,
Bu qövmün qəmli, xürrəm günlərində həp şərik oldun,
Sən onlarla bərabər bir pədərtək ağladın, güldün,
Yetimlər gözlərindən fışqıran göz yaşların sildin.
Qaranlıq bir məişət çöllərində zar, sərkərdan
Qalarkən, sən yetişdin dadə, ey parlaq məhi-taban.
Bu millətçin geniş, parlaq, müzəyyən bir cığır açdın,
O yollarda işıqlardan çiçəklər, toxmlər saçdın.
Bu gün bir qalib orduya müzəffər bir komandansan,
Və hər türk oğlu bir türkə mədari-fəxrsən2, şansan.
Yaşa ey yomi-ali qəhrəmanı, fəxrü izzətlə!
Yaşa bu sağlam ünsürlə, yaşa bu şanlı millətlə!

1913

1 Ali gün. Yubiley günü mənasındadır.
2 İftixar səbəbisən.

:: ADVERTISEMENTS ::
Share:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.