Nə gözəldir o camalın, a gülüm! – Abdulla Şaiq

Nə gözəldir o camalın, a gülüm!

Nə gözəldir o camalın, a gülüm!
Canıma dərdü məlalın, a gülüm!

Basaram köksümə dərman yerinə,
Nə qədər olsa kəlalın1, a gülüm!

Oldu pabənd2 görüncə könlüm,
Zülf arasında o xalın, a gülüm!

Qönçədir gülşəni-hüsnündə sənin
Açılıb arizi-alın3, a gülüm!

Fal açırdın olasan yar mənə,
Necə cəldi, de o falın, a gülüm?

Xari-hicrindən4 edər ahü fəğan
Bu sənin bülbüli-lalın, a gülüm!

Qazıram sinəmi dırnağım ilə,
Yad edən dəmdə vüsalın, a gülüm!

Qılma gəl Şaiqə hicranı rəva,
Olmasın hiç zəvalın, a gülüm!

1 Dərdin, qüssən
2 Əsir
3 Al yanağın
4 Ayrılıq tikanından

:: ADVERTISEMENTS ::
Share:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.