Möhtərəm Nərimanbəy Nərimanov cənablarına – Abdulla Şaiq

Möhtərəm Nərimanbəy Nərimanov cənablarına

Nişan qoymusan, eşitdim, xeyr olsun.
Dan ulduzu kimi bəxtin durulsun.
Yaşa, yeni yoldaşınla çox yaşa,
Bu dünyanı rahətliklə vur başa.
Fırtına, tufanlardan sonra əlbət,
Gözəl olur sakitlik, istirahət.
Yox, sən rahətlik sevməyən atəşsən,
Əriyəcək qəhrinlə müdhiş düşmən.

1914

:: ADVERTISEMENTS ::
Share:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.