Marş – Abdulla Şaiq

Marş

Türk ədəmi-mərkəziyyət firqəsi “Müsavat”a ithaf

Birləşəlim, türk oğlu, bu yol millət yoludur,
Ünlə, zəfərlə, şanla tariximiz doludur.
Yürüyəlim irəli, haydı, millət əsgəri,
Keçmişimiz şan, zəfər, durmayalım biz geri.
Yıldırımlı gözünüz qan ağladır düşmənə.
Qorxaq, alçaq, xainin bu meydanda işi nə?!
Dəniz kibi coşalım, dalğa kibi qoşalım,
Altun ordu, irəli! Dağlar-daşlar aşalım!
Türk qafasında qorxu yuvalamaz, düşmənim!
Həp dəmirdən yapılmış ruhum, qəlbim, bədənim.
Süngümüzün ucundan damar qətrə-qətrə qan,
Hürriyyətdən, vətəndən ölüncə keçməm, düşman.
Dalğalanır üstümdə şanlı Turan bayrağı,
Alovlanır qəlbimdə “Ərkənəqon”1 ocağı.
Haydı, yola çıxalım, haqsızlığı yıxalım,
Turanda gün doğunca zülmətlə çarpışalım!
Arş irəli, irəlidə cənnət kibi cahan var.
Günəş orda həp doğar, səadət orda parlar!
Türk firqəsi “Müsavat”.
Açalım quş tək qanad.
Sarılıb hürriyyətə,
Bulalım şanlı həyat.

1918

1 “Ərkənəqon” — türklərin azadlığına, qurtuluşuna həsr olunmuş əfsanəvi xalq dastanı

:: ADVERTISEMENTS ::
Share:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.