Mahnı – Abdulla Şaiq

Mahnı

Doğdu günəş qırmızı
Can gülüm, can, can!
Topladı oğlan qızı,
Can gülüm, can, can!
Hər birimiz bir günəş,
Can gülüm, can, can.
Bir bağçanın ulduzu,
Can gülüm, can, can.

Qaçdı ayaz, qar, boran.
Can gülüm, can, can.
Bizə qaldı çöl, orman,
Can gülüm, can, can.
El şənlənir, canlanır,
Can gülüm, can, can.
Sevinc içində hər yan,
Can gülüm, can, can.
Ordusunu dağıtdıq Can
gülüm, can, can.
Qar, borana son verdik
Can gülüm, can, can.
Qara günə son verdik.
Can gülüm, can, can.

1910

:: ADVERTISEMENTS ::
Share:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.