Məktəblilər marşı – Abdulla Şaiq

Məktəblilər marşı

Biz maarif cəbhəsinin
Alnı açıq əsgəriyik.
Biz həqiqət səhnəsinin
Köksü polad səfləriyik.
Yürü, şərəf, şan ordusu,
Əmək və ürfan ordusu!

Arş irəli, durma, saqın,
Var günəşə doğru axın.
Zülmət sönür, mənzil yaxın;
Biz sabahın rəhbəriyik.
Yürü, şərəf, şan ordusu,
Əmək və ürfan ordusu!

Sevimlidir şən yurdumuz,
Müzəffərdir gənc ordumuz,
Düşməndən yoxdur qorxumuz,
Qızıl əsrin ülkəriyik.
Yürü, şərəf, şan ordusu,
Əmək və ürfan ordusu!

Məktəbimiz ürfan bağı,
Əmək yurdu, nur ocağı,
Bilik, səadət qaynağı;
Biz inqilab ərləriyik.
Yürü, şərəf, şan ordusu,
Əmək və ürfan ordusu!

1936

:: ADVERTISEMENTS ::
Share:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.