Layla – Abdulla Şaiq

Layla

Layla deyim, yat ciyərim parası,
Ağlama çox ey gözümün qarası!
Olma yemək-içməyin avarası, Layla
quzum, layla gözüm, yatgilən, Rahat
olub bir azca boy atgilən.

Böyü bir az, yeddi yaşa yetgilən,
Səhər tezdən dur, məktəbə getgilən;
Dərs oxuyub yazmağa səy etgilən;
Layla quzum, layla gözüm, yatgilən,
Rahat olub bir azca boy atgilən.

Təmiz geyib dolangilən gül kimi,
Hər gün oxu dərsini bülbül kimi;
Gəzmə küçələrdə gedib veyl kimi;
Layla quzum, layla gözüm, yatgilən,
Rahat olub bir azca boy atgilən.

Sən də çalış elm ilə şöhrət qazan,
Qalma cəhalətdə, olarsan yaman;
Elmlə abad olubdur cahan;
Layla quzum, layla gözüm, yatgilən,
Rahat olub bir azca boy atgilən.

1906

:: ADVERTISEMENTS ::
Share:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.