Kuyi-dildar imiş, ey zahid, o cənnət deiyın – Abdulla Şaiq

Kuyi-dildar imiş, ey zahid, o cənnət deiyın

Kuyi-dildar imiş, ey zahid, o cənnət dediyin,
Qaməti-yar imiş, əlbət, o qiyamət dediyin.

Çox da şərh etmə cəhənnəm odunu, gördüm onu;
Hicri-dildar imiş o odlu əziyyət dediyin.

Kövsəri1 vəsf edərək bunca ki, ağzın sulanır,
Ləbi-gülnar imiş, ey zahid, o töhmət dediyin.

Hurilər ləzzətini şərh eləyirsən bu qədər,
Nə səzavar2 imiş o şəhvətə ləzzət dediyin.

Sənin, ey zahirbin3, kizb sanırdım sözünü,
Hamısı var imiş o zahir hekayət dediyin.

Etmə, zahid, bu qədər əhli-riyazət4 vəsfin,
Nə riyakar imiş o əhli-riyazət dediyin.

Beyti-hacət5 deyə çox Kəbəni tərif etmə,
Çar divar imiş o dərgəhi-hacət dediyin.

Bu məqamata6 deyirsən yetişər əhli-hüda7,
Şaiqi-zar imiş o əhli-hidayət dediyin.

1 Cənnət suyunu
2 Layiq, yaraşan
3 Zahirpərəst
4 Öz nəfsini öldürənlər
5 Mətləb evi
6 Məqamlara, mənsəblərə
7 Doğru yol ilə gedənlər

:: ADVERTISEMENTS ::
Share:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.