Könlüm etmiş o ləbü ləlinə, ey yar, həvəs – Abdulla Şaiq

Könlüm etmiş o ləbü ləlinə, ey yar, həvəs

Könlüm etmiş o ləbü ləlinə, ey yar, həvəs,
Gözəlim, çünki qonar şəhdü şəkər üstə məkəs1.

Eşq dəryasına cumdu bu könül qafiləsi,
Ah, qulağıma gəlir naleyi-fəryadi-cərəs2.

Yandı eşqində üzərlik kimi biçarə könül,
Olmadı yar hələ bunca cəfa aşiqə bəs.

Razıyam hər qəminə, harda sənin insafın?
Etdi hicrin məni, ah, bir quru əfsürdə qəfəs3.

Bənd olub nakəsə əl çəkmə bu Şaiqdən, aman!
Nə rəvadır tuta gövhər yerini xar ilə xəs4.

1 Milçək
2 Zınqırov
3 Ruhsuz bədən
4 Çör-çöp, çırpı

:: ADVERTISEMENTS ::
Share:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.