Kolxoz bağında – Abdulla Şaiq

Kolxoz bağında

Baharda, yay çağında,
Bizim kolxoz bağında
Yaşıllanır ağaclar,
Çiçək açıb verir bar.
Ağaclara çıxırıq,
Dadlı meyvə yığırıq.
İşləyirik həvəslə,
Oxuyuruq bir səslə.
Oğlan, gəlin, qız, kişi
Birgə görürük işi.
Meyvə artır, bol olur,
Hər çeşid məhsul olur.

1948

:: ADVERTISEMENTS ::
Share:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.