Kəndli və ilan – Abdulla Şaiq

Kəndli və ilan

Gəldi bir kəndlinin yanına ilan.
Dedi: “Bundan sonra mənə gəl inan.
Dost olaraq etibarımız olsun,
Əhd-peyman, qərarımız olsun.
Daha məndən qoruma sən özünü,
Mənə gəl yaxşı bax, sil gözünü.
Çıxmışam təzəcə qabıqdan mən.
Olmuşam indi başqa heyvan mən”.
Nə ilan kəndlini inandırdı,
Nə də öz mətləbini qandırdı.
Götürüb kəndli bir yekə payanı
Dedi: “Get, axmağı, səfehi tanı!
Qabığın tazə — bəs nə adətdir.
Ürəyin dop-dolu xəyanətdir?
İlana etibarımız olmaz.
Başı heç yer üzündə sağ qalmaz”.
Bu sözü söyləyib vurub ilanın
Başını əzdi, aldı orda canın.

:: ADVERTISEMENTS ::
Share:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.