İyirminci əsrə xitab – Abdulla Şaiq

İyirminci əsrə xitab

Məzlumların ümidisən, ey əsri-pürxətər1!
İzlər böyük addımlarını bir sürü bəşər!
Dövrü zəmanədən nə gətirdin bizə xəbər?
Hiddətli bərq, saiqələrdən2 nə var əsər?
Tufanlı ildırımlarının qəhr, hiddəti
Xofü ümid ilə yaşadır cümlə milləti.
Qaldır buludlu pərdələri, anlasın cəhan
Sönməz günəşmi, ya qara bir kölgədir doğan?
Varmı ümid bir daha feyzü səadətə?
Ya çəkmədə bizi yenə girdabi-zillətə?
Bu qırmızı şəfəqlər içində nihan-nihan
Doğmazmı nur, mehr, məhəbbət cəhan, cəhan?!
Ey vah!.. Ənqərib3 bu əmvaci-kibriya4,
Bir sahilə səfinəmizi zövq edərmi ya?
Duydum, bu üstümüzdə buludlardır oynaşır.
Məşriq dənizləri qabarır, yüksəlir, coşur.
Bilməm, bu dağlar, bu məhabətli5 fırtına
Öksüz6 bu milləti çıxararmı o bir yana?

1908

1 Təhlükəli əsr
2 İldırımlardan
3 Yaxın zamanda
4 Böyük dalğalar
5 Dəhşətli; əzəmətli
6 Yetim; kimsəsiz

:: ADVERTISEMENTS ::
Share:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.