İstəkli nəvəm Ülkərə – Abdulla Şaiq

İstəkli nəvəm Ülkərə

Bir gün səhər dalmışdım ulduzların seyrinə,
Gözləyirdim üzümə haçan gülər Ülkərim.
Mən ulduzlar içində ona çoxdan vurğunam,
Görününcə üzümə işıq səpər Ülkərim.
İyulun əvvəliydi, ağarırdı dan yeri,
Baxdım göyə, göründü, verdi xəbər Ülkərim:
— Gözün aydın, bir nəvən oldu mənə bərabər
Bu xəbərlə qəlbimdən sildi kədər Ülkərim.
Baxdım qızın üzünə, Ülkər qoydum adını,
Yerdə, göydə doğmuşdu iki səhər Ülkərim.

1958

:: ADVERTISEMENTS ::
Share:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.