İşıq mənbəyi – Abdulla Şaiq

İşıq mənbəyi

Qaranlıqdır vətənin hər bucağı,
Sönmüş ata-babamızın ocağı.
Babalarmız çalışdı ad qazandı,
Himmətlə qoydular dağ üstə dağı.
Yaramaz bir övlad qalarsa yurdda,
Sönər babasının yanar çırağı.
Heç bir zaman bir növ ilə keçinməz,
Hər bir əsrin var bir tərəqqi çağı.
Tərəqqi etməyə lazımdır ancaq:
Tərbiyəli anaların qucağı.
Qadınla hər millət eylər tərəqqi,
Qadındır millətin şamı, çırağı.
Yıxar bir milləti, bütün məhv edər
Qadınların tərbiyəsiz qalmağı.
Yaşa, adın dünya durunca qalsın,
Millət, vətən ilə birgə ucalsın!

1912

:: ADVERTISEMENTS ::
Share:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.