İsgəndər və filosof Diojen – Abdulla Şaiq

İsgəndər və filosof Diojen

Qoşunla keçərkən rumlu İsgəndər,
Ona söylədilər: “Ey, böyük qeysər!
Bu çeşmə yanında alim Diojen
Bir qutu içində etmişdir məskən”.
İsgəndər şövkətlə yanaşdı ona,
O isə üzünü çevirdi yana.
İsgəndər soruşdu: “İstəyin nədir?”
Diojen gülərək dedi: “Ver əmr,
Çibinlər üstümə qonmasın mənim,
Bunlardan incinir çılpaq bədənim”.
Dedi: “Mən olsam da fateh İsgəndər,
Əmrimə itaət etməz çibinlər.
Ey alim, sən məndən gəl xələt istə,
Var, dövlət, xəzinə, şan, şövkət istə!”
Diojen dedi: “Gəl, insaf et özün,
Sənin ki, çibinə çatmayır gücün,
Belə bir miskindən nə istəyim mən,
Çəkil, kölgə salma parlaq günəşdən!”

:: ADVERTISEMENTS ::
Share:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.