İki qaranquş – Abdulla Şaiq

İki qaranquş

Kür kənarı, səhər, gözəlcə hava,
Bürünüb yamyaşıl çəmən, səhra.
Oyanır çöl, çayır, bayır, dağlar,
Dərələrdən gümüş sular çağlar.
Saçılır tel-tel al şəfəqli işıq,
Oxşayırdı təbiəti yaraşıq.
İki yolçu — sevimli qırlanqıc1

Bir budaqda ötürdü hey “vic-vic!”
Mən də gəlməklərin edib təbrik,
Oldum onlarla zövqü şövqə şərik:
“Ötüşün, quşcuğazlarım, azad.
Eləyin müjdə ilə könlümü şad.
Çox uzun sürdü ayrılıq və səfər,
Oralardan gətirdiniz nə xəbər?”

1909

1 Qaranquş

:: ADVERTISEMENTS ::
Share:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.